“Ermənistan müxalifəti hazırkı hökumət başçısı Paşinyanın istefasına nail ola bilməyəcək” - Stanislav Pritçin

2024/05/timth-1716192479.jpg
Oxunub: 361     16:37     20 May 2024    
“Mayın 9-dan İrəvanda kütləvi etiraz aksiyalarına başlayan Ermənistan müxalifəti hazırkı hökumət başçısı Nikol Paşinyanın istefasına nail ola bilməyəcək”.

Ordu.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun postsovet tədqiqatlar mərkəzinin baş elmi işçisi Stanislav Pritçin deyib.

“Hələlik biz görürük ki, etiraz o qədər də sistemli deyil, əsasən deklarativ xarakter daşıyır, Paşinyan özü bununla necə məşğul olmağı, seçicilərinin özəyinə necə müraciət etməyi mükəmməl başa düşür, hələlik bu onun üçün problemdir, amma ekzistensial deyil, çünki hər şey onun hakimiyyəti üçün təhlükə kimi görünmür”, - deyə Pritçin qeyd edib.

O bildirib ki, Paşinyan hakimiyyət uğrunda sona qədər mübarizə aparmağa öyrəşmiş şəxsdir.

Pritçin vurğulayıb ki, Paşinyanın əsas məqsədi hakimiyyətdir, bunun uğrunda sona qədər mübarizə aparacaq.

“Bu mənada onun əsas məqsədi hakimiyyətdə olmaqdır, çünki hakimiyyəti itirmək ciddi risklər ehtiva edir, ona görə də o bunun uğrunda sona qədər mübarizə aparacaq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan.İstefa  


Bizi "telegram"da izləyin