TCG “İstanbul” “Denizkurdu-2” təlimində missiyasını yerinə yetirib

2024/05/2024--1716192254.jpg
Oxunub: 207     16:27     20 May 2024    
“STM Defence” tərəfindən hazırlanan və Türkiyə istehsalı ilk freqat olan TCG “İstanbul” Şərqi Aralıq dənizində Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığının həyata keçirdiyi “Denizkurdu-II/2024” təlimində missiyasını müvəffəqiyyətlə yerinə yetirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin verdiyi açıqlamada bildirilib.

“Türkiyə istehsalı ilk freqat olan, daşıdığı silah və radioelektron sistemlərdə yerli istehsal sistemlərinin istifadəsi sayəsində öz sahəsində bir çox ilkləri ehtiva edən Türkiyənin yerli və milli döyüş gəmisi TCG “İstanbul” təlimdə missiyasını müvəffəqiyyətlə yerinə yetirib”, - deyə açıqlamada qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TCG   İstanbul   Denizkurdu-2  


Bizi "telegram"da izləyin