Putin İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib

2024/05/1715748521.jpg
Oxunub: 169     11:57     20 May 2024    
Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə Prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“O, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr verib, onların strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün böyük səylər göstərib”, - Rusiya dövlət başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   İbrahim-Rəisi   Başsalığı  


Bizi "telegram"da izləyin