Ruanda Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini 2025-ci ilə qədər uzadıb

2024/05/2024--1716191087.jpg
Oxunub: 265     00:12     21 May 2024    
Ruanda ordusundan verilən yazılı açıqlamada Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin nəzərdən keçirildiyi və əməkdaşlığın 2025-ci ilə qədər uzadılması üçün yeni yol xəritəsinin imzalandığı bildirilib.

Ordu.az xəbər verir ki, Mali, Burkina-Faso və Nigerdə hakimiyyət dəyişikliyindən sonra Fransa hərbi birləşmələri bu ölkələrdən çıxarılarkən, Ruandanın Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini 2025-ci ilə qədər uzatdığı bildirilib.

Əməkdaşlığın əhatə dairəsi və təfərrüatları barədə məlumat paylaşılmayıb.

Qeyd edək ki, Afrikanın ölkələrindən Mali, Burkina-Faso və Nigerdə hakimiyyət dəyişikliyindən sonra fransız hərbi qulluqçular ölkədən çıxarılıb. Seneqalın Baş naziri Ousmane Sonko ölkəsində yerləşdirilmiş fransız hərbi qulluqçuları tənqid edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ruanda   Fransa  


Bizi "telegram"da izləyin