Böyük Britaniya HDQ-sini genişləndirir

2024/05/2024--1716190857.jpg
Oxunub: 275     00:09     26 May 2024    
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə (HDQ) 25 yeni gəmi əlavə edilir.

Ordu.az xəbər verir ki, Böyük Britaniyanın 2024-cü il mayın 14-də dərc etdiyi məlumatlara görə, 2030-cu ilə qədər ölkənin müdafiə xərclərinin ÜDM-in 2,5%-nə çatdırılması planlaşdırılır.

Məlumata görə, Böyük Britaniya ən azı 25 yeni döyüş gəmisi ilə dəniz donanmasını əhəmiyyətli dərəcədə genişləndirməyə hazırlaşır.

Baş nazir Rişi Sunak tərəfindən açıqlanan bu plan artan qlobal təhlükəsizlik təhdidlərini aradan qaldırmaq və ölkənin hərbi imkanlarını təkmilləşdirmək məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   HDQ  


Bizi "telegram"da izləyin