Almaniyanın “Heron TP” PUA-sı ilk uçuşunu həyata keçirib

2024/05/herdo-1716189257.jpg
Oxunub: 221     16:03     20 May 2024    
Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) yeni “Heron TP” Pilotsuz Uçuş Aparatı (PUA) Almaniyada ilk uçuşunu həyata keçirərək, tam əməliyyat qabiliyyətinə bir addım daha yaxınlaşıb.

Ordu.az xəbər verir ki, uçuş sınağı Rusiyanın Ukraynaya müdaxilə etməsinin ardından İsraildən 140 ədəd “Heron TP” PUA-sının alınacağı elan edildikdən 2 il sonra həyata keçirilib.

Tədbir zamanı orta hündürlük və uzun dayanıqlılığa malik PUA gələcək əsas bazası olan Almaniyanın şimalındakı “Schleswig” aviabazasından havaya qalxıb.

“Heron” 30 saatlıq uçuş dayanıqlılığı, 1000 kilometrə qədər mənzili və 13 716 metr hündürlüyü ilə tanınır. PUA-nın maksimal sürəti isə saatda 407 kilometr/253 mildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Heron   TP   PUA  


Bizi "telegram"da izləyin