KXDR avtonom naviqasiya sistemi ilə təchiz edilmiş yeni taktiki ballistik raketi sınaqdan keçirib

2024/05/2024--1716189205.jpg
Oxunub: 197     17:12     20 May 2024    
Şimali Koreya avtonom naviqasiya sistemi ilə təchiz edilmiş yeni taktiki ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb.

Ordu.az Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, lider Kim Çen In Yapon dənizinə doğru atılan ballistik raket sınağına nəzarət edib.

Avtonom naviqasiya sistemi ilə təchiz edilən raket sınağı ölkənin silah potensialının artırılması çərçivəsində həyata keçirilib.

Şimali Koreya lideri Kim sınağın uğurlu olmasından məmnun olduğunu bildirib.

Qeyd edək ki, Cənubi Koreya və Yaponiya ötən gün Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raketlər atdığını bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Yaponiya  


Bizi "telegram"da izləyin