“Azərbaycanın lideri Cənubi Qafqazda geosiyasi sabitlik və təhlükəsizliyə cavabdeh hesab olunur” - Konstantin Simonov

2024/05/1716189133.jpg
Oxunub: 259     19:29     20 May 2024    
“Belarus və Azərbaycan liderləri arasında uzunmüddətli isti münasibətləri, habelə əlaqələrin konkret kommersiya və iqtisadi nəticələrini nəzərə alaraq, belə bir vurğu və məzmunlu səfəri gözləmək olardı”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı siyasi və iqtisadi analitik Konstantin Simonov deyib.

Onun sözlərinə görə, təbii olaraq hamı bilir ki, Lukaşenko müəyyən situasiyalardan maksimum fayda əldə etməyə çalışan fiqurlardan biridir.

“Belarus böyük layihələr həyata keçirərək, tikinti işlərində iştirak etmək arzusunu bilavasitə bildirdi, avadanlıqlar bağışladı və səfər zamanı əldə olunan razılaşmalar tam gözlənilən idi”, - deyə Simonov qeyd edib.

Simonov bildirib ki, Belarus prezidenti həm də gurultulu, cəsarətli bəyanatları ilə tanınır, ona görə də Azərbaycan Prezidentinin Cənubi Qafqazın aparıcı ölkəsinin rəhbəri adlandırılması belə bəyanatlardan biridir, lakin bu, müəyyən geosiyasi əhəmiyyətə malikdir.

“Azərbaycan rəhbərinin regional hadisələrin rəhbəri təyin edilməsi Rusiyanın, KTMT-nin, AİB-in, deməli, Belarusun da maraqlarından irəli gələn hadisələrin idarə olunmasına yönəlmiş əlamətdar addımdır. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək, amma bu, sadəcə bəyanat deyildi, məncə, bunun altında geosiyasi məzmun var, yəni Azərbaycanın lideri Cənubi Qafqazda geosiyasi sabitlik və təhlükəsizliyə cavabdeh hesab olunur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin