Erməni ictimai xadim: “Biz dövlətçiliyimizi itirmək ərəfəsindəyik”

2024/05/1716189020.jpg
Oxunub: 254     17:21     20 May 2024    
“Ziyalı cəmiyyətin və hakimiyyətin qüsurlarını dilə gətirməlidir. Bəstəkar Mən bu prinsipi rəhbər tuturam”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim, bəstəkar Jirayr Şahrimanyan deyib.

Onun sözlərinə görə, məsələ ondan ibarətdir ki, istər incəsənət sahəsində, istərsə də Ermənistanda həmişə problemlər çox olub.

“Baş verənləri problem hesab etməzdim. Ölkəmizi, dövlətçiliyimizi itirmək ərəfəsində olduğumuz zaman bunu dəhşətli, ekstremal vəziyyət hesab edərdim. Mən həmişə fəal olmuşam, mövqeyimi bildirmişəm. İndi ölkəmiz o yerə çatıb ki, bu, sadəcə olaraq, ekzistensial problemdir. Kimdə nəsillərə təhlükəsiz ölkə ötürmək hissi var, o da biganə qalmamalıdır, xüsusən də ictimai fəaliyyətlə məşğul olan insanlar biganə qalmamalıdırlar. Onlar mütləq Baqrat Srbazanın hərəkatına qoşulmalıdırlar”, - deyə Şahrimanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dövlətçilik  


Bizi "telegram"da izləyin