Erməni keşiş: “İlham Əliyev öz avtomobilində “Noldu Paşinyan” mahnısını dinləyərək, Qarabağda gəzir. Bir söz deyin. Kişi deyilsiniz?”

2024/05/Captu-1716188919.jpg
Oxunub: 1094     12:16     20 May 2024    
“İlham Əliyev öz avtomobilində “Noldu Paşinyan” mahnısını dinləyərək, Qarabağda gəzir”.

Ordu.az xəbər verir ki, bunu erməni kilsəsinin Tavus vilayəti yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan deyib.

“Bu gün hamınız videoya baxdınız, deyilmi? İlham Əliyev Qarabağa gələndə hansı musiqini dinləyirdi? Gördünüzmü? İstehza. Mən bütün bu parlament komandasına deyirəm, hökumət üzvlərinə deyirəm, ekspert adlananlara deyirəm, hamıya deyirəm. Heç olmasa o adama bir söz deyin. O, tək sizə lağ etmir, hamımızı ələ salır. Təəssüf ki, hamımızın obrazı sənsən və sizsiniz. İlham Əliyev öz avtomobilində “Noldu Paşinyan” mahnısını dinləyərək, Qarabağda gəzir. Bir söz deyin. Kişi deyilsiniz?”, - deyə Qalstanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Noldu-Paşinyan  


Bizi "telegram"da izləyin