"Azərkosmos" “Azerspace-1” peyki üçün sığortaçı seçib

2024/05/1716182332.jpg
Oxunub: 197     09:11     20 May 2024    
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 66,5 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peyki ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Ordu.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Paşa Sığorta" ASC-dir.

Qalib şirkətə 1 milyon 436,5 min manat ödəniləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərkosmos   Azerspace-1  


Bizi "telegram"da izləyin