Türkiyə İrana hərbi helikopter və PUA göndərib

2024/05/1716181374.jpg
Oxunub: 166     00:33     20 May 2024    
Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu ölkəyə hərbi helikopter və pilotsuz uçuş aparatı (PUA) göndərilib.

Ordu.az-ın məlumatına görə, bu barədə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd olunur ki, bununla bağlı İran tərəfi müraciət edib. Müraciətə əsasən İrana gecəgörmə cihazlarına malik “Cougar” tipli hərbi helikopterlə “Akıncı” tipli PUA göndərilib.

Xatırladaq ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran   PUA  


Bizi "telegram"da izləyin