Rusiyadakı Slavyansk neftayırma zavodu dronların hücumundan sonra fəaliyyətini dayandırıb

2024/05/609fb-1716109729.jpg
Oxunub: 289     12:36     19 May 2024    
Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu (“Slavyansk EKO” MMC) ötən gecəki dron hücumundan sonra fəaliyyətini dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Slavyansk EKO” şirkətlər qrupunun kompleks təhlükəsizlik üzrə direktoru Eduard Trudnev “İnterfaks”a deyib.

“Zərbələr olub, hazırda zavod bağlanıb, hüquq-mühafizə orqanları hadisə yerində işləyir”, – o açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Krasnodar diyarının Slavyansk rayonunun başçısı Roman Sinyaqovski mayın 19-na keçən gecə sözügedən neftayırma zavodunun ərazisinə dron hücumunun olduğunu bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Slavyansk  


Bizi "telegram"da izləyin