Xersonun raket atəşinə tutulması nəticəsində ölən və yaralananlar var

2023/10/62d1e-1696748743.jpg
Oxunub: 223     10:18     19 May 2024    
Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Xerson vilayət dövlət administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, yaşayış məntəqələrinə endirilmiş zərbələr nəticəsində çoxmərtəbəli bina və 8 fərdi evə ziyan dəyib. Liman infrastrukturunda da zərbə qeydə alınıb. Hadisədə iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Bildirilib ki, vilayətin Antonivka, Sadove, Stanislav, Ponyativka, Mikolske, Berislav, Mixaylivka, Tyaginka, Osokorivka, Lvove, Novooleksandrivka yaşayış məntəqələri, habelə Xerson şəhəri atəşə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xerson   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin