Tramp müharibəni qızışdıranları Amerika hökumətindən uzaqlaşdıracağına söz verib

2024/03/1710134138.jpg
Oxunub: 273     10:32     19 May 2024    
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ən yüksək hökumət postuna yenidən seçiləcəyi təqdirdə bütün müharibə qızışdıranları Amerika hökumətindən uzaqlaşdıracağına söz verib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp Texas ştatının Dallas şəhərində çıxışı zamanı deyib.

Tramp əlavə edib ki, o, ABŞ-ın hazırda “yolunu azmış” ölkə olduğuna inanır:

“Biz bütün müharibə qızışdıranları hökumətimizdən uzaqlaşdıracağıq. Biz saxta medianın kökünü kəsəcəyik və ölkəmizi tiranlardan və bədxahlardan birdəfəlik azad edəcəyik. Biz artıq dünya səhnəsində heyran olunmayan, hörmət edilməyən və dinlənilməyən bir ölkəyə çevrilmişik”.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı prezident Cozef Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin