Husilər Qırmızı dənizdə tankerə hücum ediblər

2024/03/1710392964.jpg
Oxunub: 212     08:50     19 May 2024    
Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı Qırmızı dənizdən keçən "M/T Wind" neft tankerinə gəmi əleyhinə ballistik raket atıblar.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) öz "X" səhifəsində bildirib.

Məlumata əsasən, Yunanıstana məxsus olan və idarə etdiyi neft tankeri əvvəllər Rusiyada dayanıb, daha sonra Çinə yollanıb.

"Raket zərbəsi nəticəsində gəmi su altında qalıb, nəticədə sükan idarəetməsi itirilib və hərəkət sistemi zədələnib", - dəyə bildirilib.

"CENTCOM" gəmi heyətinin göndərdiyi həyəcan siqnalına dərhal reaksiya verib, lakin ABŞ ordusunun köməyi tələb olunmayıb:

""M/T Wind" heyəti hərəkət sistemini və sükan idarəetməsini bərpa edə bilib, xəsarət alanlar barədə məlumat verilməyib. "M/T Wind" hərəkətini bərpa etdi".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Qırmızı-dəniz  


Bizi "telegram"da izləyin