Əfqanıstanda baş verən atışma nəticəsində 6 nəfər ölüb

2024/03/1711001646.jpg
Oxunub: 150     02:07     19 May 2024    
Əfqanıstanın mərkəzi Bamyan əyalətində cümə günü atışma nəticəsində ölənlərin sayı üçü ispan və üçü əfqan olmaqla, altıya çatıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Sinxua " agentliyi xəbər verib.

Məlumata əsasən, bu barədə yerli polis rəsmisi bildirib.

Əyalət polisinin sözçüsü Məhəmməd Xavani Rasa deyib ki, yaralananlar arasında İspaniya, Norveç, Avstraliya və Litvadan olmaqla 4 əcnəbinin, eləcə də bir əfqanın müalicələri davam edir.

Daxili İşlər Nazirliyinin əməkdaşı Müfti Əbdül Mətin Qani cümə günü sosial mediada hücumla bağlı dörd şübhəlinin həbs edildiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Atışma  


Bizi "telegram"da izləyin