Moldovada müxalif “Qələbə” bloku Aİ-yə üzv olmaq əleyhinə kampaniyaya başlayıb

2024/05/1715677283.jpg
Oxunub: 149     01:34     19 May 2024    
Moldova müxalifətinin “Qələbə” blokunun rəhbəri İlan Şor “Aİ-yə qoşulmağa yox” kampaniyasını elan edib.

Ordu.az xəbər verir ki, siyasətçi bu barədə “Telegram” kanalında məlumat yayıb.

“Bu gün “Aİ-yə qoşulmağa yox” kampaniyamız başladı. Sakinlərimizə müraciət edərək Moldovanın indi hansı tarixi seçim qarşısında qaldığını söyləməkdən məmnun oldum. Düşünürəm ki, Avropa haqqında bir çox nağıllar artıq yox olub. İnsanlar Aİ-də ərzaq qiymətlərini gördülər. Qazın və işığın qiyməti qalxacaq”, - Şor vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova    


Bizi "telegram"da izləyin