Moskvada “Bolşoy Teatr”dan min nəfər təxliyə edilib - VİDEO

2024/05/6648e-1716056751.jpg
Oxunub: 212     22:06     18 May 2024    
Rusiyanın paytaxtı Moskvada "Bolşoy Teatr"da tamaşa zamanı yalançı həyəcan təbili çalıb.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti“ məlumat yayıb.

“Moskvada “Bolşoy Teatr”da tamaşa zamanı yalançı həyəcan təbili çalıb. 1000-ə yaxın insan sərbəst şəkildə binanı tərk edib”, - məlumatda deyilir.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Teatrın mətbuat xidmətindən bildiriblər ki, həyəcan siqnalları işə salındıqdan sonra tamaşa davam edəcək.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Bolşoy-Teatr  


Bizi "telegram"da izləyin