Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

2024/05/1716054137.jpg
Oxunub: 248     21:19     18 May 2024    
Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Ordu.az xəbər verir ki, hər iki dövlətin bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Parlamentinin sədri Daiga Mierinanı və nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Beynəlxalq Münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker mayın 20-də Azərbaycan parlamentinin inzibati binasında mətbuat konfransı keçirəcək.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Azərbaycan  


Bizi "telegram"da izləyin