Burkina-Faso, Mali və Niger konfederasiya layihəsini təsdiqləyib

2024/05/f4225-1716045561.jpg
Oxunub: 201     19:16     18 May 2024    
Burkina-Faso, Mali və Niger xarici işlər nazirləri Karamoko Jan Mari Traore, Abdulaye Diop və Bakari Yau Sanqare Nigerin paytaxtı Niameydə keçirilən növbəti iclasda Sahel Dövlətləri Alyansının yaradılmasına dair sənəd layihəsini təsdiqləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə Mali Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda layihə üç ölkənin liderləri tərəfindən imzalanmalı olacaq.

“Niameydə Burkina-Faso, Mali və Niger konfederasiyasının yaradılmasına dair sənəd layihəsi yekunlaşdırılıb. İş nəticəsində nazirlər 16 may 2024-cü ildə Niameydə tərtib edilmiş sənəd layihəsini təsdiq etdilər”, - XİN-in bəyanatında bildirilib.

Yanvar ayında Burkina-Faso, Niger və Mali üç ölkəyə qarşı qeyri-qanuni sanksiyalara görə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxdıqlarını elan ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Burkina-Faso   Mali   Niger  


Bizi "telegram"da izləyin