Lavrov: "Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir"

2024/04/1712228100.jpg
Oxunub: 171     17:22     18 May 2024    
Qərb ölkələrinin Rusiyanın sözdə dekolonizasiyası ilə bağlı fantaziyaları bitmir.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının XXXII Assambleyasında deyib.

“Biz, əlbəttə, Qərbdəki beyin mərkəzlərinin nə etdiyini, bizə maksimum ziyan vurma ssenarilərini həyata keçirdiklərini müşahidə edirik. Onlar Kiyevə bütün yeni silah növlərinin çatdırılmasına çağırırlar. Rəsmi olaraq hökumət üzvləri səviyyəsində Rusiya ərazisinin hər hansı bir hissəsinə zərbələr endirməyə icazə verirlər”, - o bildirib.

S.Lavrov, həmçinin qeyd edib ki, müharibə xəttinin tərəfdarları hökumətlərindən hərbi-sənaye kompleksinə investisiyaları artırmağı, iqtisadiyyatı müharibə "relsinə" salmağı və Rusiyanın uydurma dekolonizasiyası haqqında fantaziya qurmağı tələb edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya   Qərb  


Bizi "telegram"da izləyin