Beynəlxalq Amnistiya Təşkilatı Fransanı Yeni Kaledoniyada yerli xalqın hüquqlarını qorumağa çağırıb

2024/05/03e66-1716034664.jpg
Oxunub: 163     15:37     18 May 2024    
Beynəlxalq Amnistiya Təşkilatı (BAT) Fransanı Yeni Kaledoniyanın yerli xalqı - kanakların hüquqlarını qorumağa çağırıb.

Ordu.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə qurumun Sakit okean bölgəsi üzrə araşdırmaçısı Kate Şutze ( Kate Schuetze) bildirib.

Fransanın Yeni Kaledoniyada TikTok sosial media platformasının qadağan ediləcəyi ilə bağlı açıqlamalara toxunan qurum rəsmisi bildirib ki, əsaslı tələb olmadığı təqdirdə bu addımın atılması ifadə azadlığının pozulması kimi qiymətləndirilməlidir: “Etirazlara cavab olaraq qadağaların tətbiqi dünya hökumətləri üçün təhlükəli presedent yarada bilər. Fransa baş verənlərə ciddi reaksiya verməlidir. Hakimiyyət kanak xalqının yaşamaq və ifadə hüquqlarını qorumalı, müstəqillik istəyən insanların öz fikirlərini dinc yolu ilə ifadə edə bilməlidir”.

Qeyd edək ki, bir müddətdir ki, Yeni Kaledoniyada yerli hakimiyyətə qarşı iğtişaşlar başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Yeni-Kaledoniya  


Bizi "telegram"da izləyin