Türkiyəyə hansı Gürcüstan sərfəlidir?| Tibilisi Avrasiya, yoxsa Avro-Atlantik məkan seçimi ilə üz-üzə...

2024/05/2024--1716024452.jpg
Oxunub: 507     18:27     18 May 2024    
Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə danışıqlardan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasının tərəfdarı olmaqda davam edir və ölkədə baş verən hazırkı hadisələrin gürcü xalqının xeyrinə həll olunacağına ümid edir.

O, Kobaxidzeyə Gürcüstanda baş verən hadisələrə öz baxışını təqdim etdiyinə görə təşəkkür edib. Türkiyə Prezidenti, həmçinin bildirib ki, Kobaxidze baş verənlərə öz baxışını bölüşür. Bu fonda Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Gürcüstana etdiyi səfərdən sonra sosial şəbəkədə etdiyi paylaşım vurğulanır. Həmin paylaşında o, açıq şəkildə qeyd edir: “Gürcüstan avtokratiyanı seçməklə, həm də geosiyasi seçim edir. Əgər sən bir ayaqla Moskvadasansa, Avropaya getmək mümkün deyil”.

O bildirib ki, Litvaya Gürcüstanın Avropa gələcəyinin oğurlana biləcəyi, Gürcüstan xalqına verilən vədin isə pozula biləcəyi şərti ilə qayıdır. Gürcüstanın Baş naziri Türkiyə Prezidenti ilə birgə mətbuat konfransında bildirib ki, o, ölkədə baş verəcək proseslər barədə müxtəlif nöqteyi-nəzərlərdən məlumat verib. Gürcüstan Baş naziri Türkiyə Prezidentini Gürcüstana rəsmi səfərə dəvət edib.

Gürcüstanın Baş naziri Ərdoğanın idarəçilik təcrübəsini nümunə göstərəndə, Türkiyədən hansı dəstəyi gözləyir? Amma gələcəyini Avropa İttifaqı və NATO ilə inteqrasiya yolunda görən Ərdoğanın Gürcüstandan hansı gözləntiləri olduğu daha maraqlıdır. Güman etmək olarmı ki, Türkiyə üçün Avrasiya yönümlü Gürcüstandan çox, Avro-Atlantik yönümlü Gürcüstan ilə münasibətləri inkişaf etdirmək daha sərfəlidir?

Gürcüstanın Avro-Atlantik seçimi Türkiyə üçün Cənubi Qafqazda Rusiya-Türkiyə birgə “patrulluğu” ilə olduğundan daha rahat şərait yaradırmı? Bəs əgər Kobaxidze Ərdoğandan Rusiyanın təzyiqlərinə tab gətirmək üçün resurs istəyibsə və ya Ərdoğan Gürcüstanı xilas etməkdə Avropa İttifaqı və ABŞ-yə dəstək siqnalı veribsə, necə olacaq?

Onun Qərblə çox mürəkkəb münasibətləri var. Gürcüstanın “rus ekspansiyasından sığortalanmaq” istəyi Vaşinqton və Brüssellə dialoq üçün təkcə diplomatik resurs ola bilməz. Ərdoğan eyham vurub ki, o, Gürcüstanla da təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır.

Payızda Gürcüstanda parlament seçkiləri keçiriləcək. “Xarici agentlər” haqqında qanun Gürcüstan cəmiyyətini “ağ və qaralar”a bölüb. Seçkilər isə təbii ki, gərgin mübarizə şəraitində keçəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Gürcüstan  


Bizi "telegram"da izləyin