Erməni ekspert: “Azərbaycan artıq istədiyi zaman Ermənistanın şimalını və cənubunu mühasirəyə ala biləcək”

2024/05/image-1716019603.jpg
Oxunub: 280     18:48     18 May 2024    
“Tavus və Ağrı vilayətlərindən yaxın gələcək ərazi təhvil verilmələri ona gətirib çıxaracaq ki, Azərbaycan artıq istədiyi zaman Ermənistanın şimalını və cənubunu mühasirəyə ala biləcək”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geğamyan özünün “Telegram” kanalında yazıb.

“2022-ci ilin şifahi razılaşmasına əsasən, Ermənistanın faktiki hökuməti Laçını rəqibə təhvil verdi. Bu, Azərbaycana 2023-cü ilin sentyabrında qələbəyə və Qarabağın tam şəkildə nəzarət altına alınmasına nail olmağa imkan verdi. Tavus və Ağrı vilayətlərindən yaxın gələcək ərazi təhvil verilmələri ona gətirib çıxaracaq ki, Azərbaycan artıq istədiyi zaman Ermənistanın şimalını və cənubunu mühasirəyə ala biləcək. 2022-ci ilin yayında biz “Qarabağ fəlakəti”ni dayandırmaq üçün kifayət qədər mübarizə aparmadıq. 2024-cü ilin mayında bizim elə etmək imkanımız var ki, gələn il bu vaxta qədər biz Zəngəzur və Tavus vilyətlərinin tam itirilməsindən danışmayaq. Hazırda ən təsirli yol hərəkata qoşulmaqdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin