Sabiq erməni rəsmi: “Baqrat konstitusiyaya zidd olaraq Baş nazir seçilərsə, Qərb onu qeyri-legitim hesab edəcək”

2024/05/maxre-1716019218.jpg
Oxunub: 269     20:21     18 May 2024    
“Əgər parlamentdə etimadsızlıq prosesi başlayarsa, o zaman baş nazirliyə namizədin adı açıqlanmalıdır. Bu mənada bu hərəkat məcburidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə nazirinin keçmiş birinci müavini, Konstitusiya Məhkəməsi sədrinin sabiq müşaviri Qriqor Muradyan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti və hökumətə yaxın dairə yaxşı bilir ki, hakimiyyətin devrilməsi bütün hakimiyyət gəmisinin devrilməsi demək olacaq.

“Əlbəttə, keşiş Baqratın ikili vətəndaşlığı əngəldir, hüquq baxımından problemdir. Əgər onlar bu yolla gedirlərsə, o zaman bu maneəni aşmaq lazımdır, yəni Baqrat Srbazanın yerinə baş nazirliyə başqa namizəd olmalıdır”, - deyə Muradyan bildirib.

Muradyan vurğulayıb ki, Baqrat Srbazan konstitusiyaya zidd olaraq Baş nazir seçilərsə, Qərb onu qeyri-legitim hesab edəcək.

“Siyasi nöqteyi-nəzərdən yepiskop heç bir vəzifə tutmadan çox ciddi rola malik ola bilər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin