Erməni deputat: “Azərbaycan həmin ərazilərdə hərbi hissələri yerləşdirəcək və 90-cı illərin hekayəsi başlayacaq”

2024/05/image-1716019111.jpg
Oxunub: 380     19:17     18 May 2024    
“Mən baş verənləri uğur hesab edirəm, bu, Azərbaycan Prezidenti İlham Əliyev üçün uğurdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, “Tavus naminə Vətən” hərəkatının təşəbbüs qrupunun üzvü Qarnik Danielyan deyib.

“Biz Günən kəndini məhv edirik. Demarkasiya və delimitasiya adı altında, amma reallıqda bu birtərəfli güzəştlər nəticəsində Günən kəndi iki hissəyə bölünür. Mənə zəng vurub deyirlər ki, biz öz evimizdə yaşamayacağıq, evimizi yandıracağıq “, - deyə Danielyan bildirib.

O qeyd edib ki, Nikol Paşinyan 4 müharibə gətirib.

“Onun qalması Ermənistanın yox olması deməkdir. İlham Əliyevin tələbləri çoxdur. Günənin yaxınlığındakı kəndlər də zaman keçdikcə yararsız hala düşəcək. Azərbaycan həmin ərazilərdə hərbi hissələri yerləşdirəcək və 90-cı illərin hekayəsi başlayacaq”, - Danielyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin