Erməni deputat: “Qərbin və Nikol Paşinyanın ikili standartları demokratiya ilə üz-üzədir”

2024/05/b591a-1716018828.jpg
Oxunub: 195     16:43     18 May 2024    
“ABŞ dövlət katibinin köməkçisi Ceyms O-Brayn bəyan edib ki, xarici agentlər haqqında qanunun qəbulu prosesində demokratiyanın zədələndiyi sübut olunarsa, ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, təəccüblüdür ki, Şarl Mişelin ağzı ilə Ermənistanı “çubuğ”u aşağı salmağa çağıran Qərb Qarabağda baş verən hərbi əməliyyatlara səssiz qalıb.

“Həmin Qərb Azərbaycan Prezidentini seçilməsi münasibətilə ilk təbrik edən oldu. Həmin Qərb Ursula Fon der Lyayen timsalında İlham Əliyevə yaltaqlanaraq, strateji tərəfdaşlıq və Azərbaycanın neft və qaz prioritetlərini elan etdi. Yeri gəlmişkən, bu günlərdə polis qüvvələri dinc mitinq iştirakçılarına qarşı biabırçı zorakılıq və qeyri-proporsional hərəkətlər edir. Ermənistan geniş yayılmış polis dövlətinə, Qərbin qrantları ilə “islah edilmiş” ölkəyə çevrilib”, - deyə Qalstyan bildirib.

O əlavə edib ki, Qərbin və Nikol Paşinyanın ikili standartları demokratiya ilə üz-üzədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Paşinyan  


Bizi "telegram"da izləyin