ABŞ Konqresində Gürcüstanda baş verən hadisələrlə bağlı dinləmələr keçiriləcək

2024/05/1716018439.jpg
Oxunub: 165     11:35     18 May 2024    
İyunun 4-də ABŞ Konqresində Helsinki Komissiyası çərçivəsində Gürcüstanda baş verən hadisələrlə bağlı dinləmələr keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Helsinki Komissiyası məlumat yayıb.

Helsinki Komissiyasının bəyanatında qeyd olunur ki, “Gürcüstanın suverenliyi və demokratiyasına dəstək” dinləmələri çərçivəsində “Açıq Cəmiyyət” Fondunun Avropaya inteqrasiya proqramının rəhbəri, Gürcüstanın keçmiş səfiri İvane Çxikvadze Gürcüstanın Avropa İttifaqına və “Chatham House”un baş elmi işçisi Natali Sabanadze və ABŞ-ın Gürcüstandakı keçmiş səfiri End Randi və “Korporation”ın baş elmi işçisi Uilyam Kortni çıxış edəcəklər:

"Sözügedən dinləmələr çərçivəsində aparıcı ekspertlər baş verən proseslər, onun Gürcüstanın demokratiyası və suverenliyinə təsiri və ABŞ-ın mümkün siyasi cavabları barədə danışacaqlar”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Konqres   Gürcüstan  


Bizi "telegram"da izləyin