“Hraparak”: Paşinyan halsız və yorğun görünüb, aksiyalar haqqında danışmayıb

2024/05/1716018064.jpg
Oxunub: 174     15:00     18 May 2024    
Cümə axşamı Nikol Paşinyan öz partiyasının təşəbbüs göstərdiyi iclasda kifayət qədər depressiyaya düşmüş və yorğun görünüb, həm də narahat olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyan Baqrat Srbazanın rəhbərlik etdiyi hərəkat haqqında bir kəlmə də danışmayıb, lazımsız emosiyaları alovlandırmamaq üçün bu günlərdə partiya üzvlərinin necə davranması lazım olduğunu belə istiqamətləndirməyib.

“Görüş zamanı təhsil sahəsində aparılan islahatlar “Vətən dövlətdir” konsepsiyası nöqteyi-nəzərindən müzakirə olunub. Hətta partiya üzvləri belə anlaya bilmirlər ki, hakimiyyət niyə bu çətin günlərdə maarifləndirici mövzular müzakirə edir, dövlətlə bağlı təlimlər həyata keçirir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Aksiya  


Bizi "telegram"da izləyin