“Hraparak”: Günənin Azərbaycanla sərhəd sektorunda divar çəkiləcək?

2024/05/image-1716011796.jpg
Oxunub: 222     11:21     18 May 2024    
Ermənistanın Tavus vilayətinin rəhbəri Hayk Qalumyan ötən gün səhər saatlarında Günəndən olan təxminən 20 sakinlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, kənd sakinləri bir gün əvvəl Gürcüstan-Ermənistan yolunun Günən hissəsini bağlayıblar, vilayət rəisi ilə görüşdən sonra isə açıblar.

“Görüş kənd məktəbində vilayət rəisinin tələbi ilə media olmadan keçirilib. Paşinyanın xaç atası Günən skainlərinə deyib ki, hər şey bitib, heç nəyi dəyişə bilməzlər, sərhəd çəkilib, onların mübarizəsi kənd uğrunda olsa da, keşiş başda olmaqla, bəzi qüvvələr bundan istifadə edərək, çevriliş edirlər. Həmçinin deyib ki, lazım olsa, biz sərhəd boyu divar çəkəcəyik, Azərbaycan sərhədçilərini görməyəcəksiniz. Sakinlər qeyd ediblər ki, bu hökumət 4 ildə evlərini itirmiş Şurnuxu sakinlərinə 10 ev tikə bilməyib, sərhəd boyu divarı necə çəkəcək? O əmin edib ki, polis və Milli Təhlükəsizlik Xidməti əməkdaşları daim kənddə olacaq və onların təhlükəsizliyinə nəzarət edəcəklər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Günən   Azərbaycan   Ermənistan   Tavus  


Bizi "telegram"da izləyin