Türkiyə müdafiə sənayesi SZ ilə üstünlüyünü artıracaq

2024/05/Ekran-1716044060.jpg
Oxunub: 383     17:34     18 May 2024    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) kiber təhlükəsizlik informasiya sistemləri şöbəsinin müdiri Ahmet Bahadır Bülbül Süni Zəka (SZ) ilə Türkiyə müdafiə sənayesindəki üstünlüyü daha da gücləndirməyi hədəflədiklərini bildirib.

Ordu.az xəbər verir ki, Bülbül Mersindəki Tarsus Universitetinin təşkil etdiyi “32-ci Siqnal Emalı və Əlaqə Tətbiqləri Konqresi”ndə jurnalistlərin suallarını cavablandırıb.

O, Türkiyənin müdafiə sənayesində dünyanın ən yaxşıları arasında olduğuna diqqət çəkib.

“Türkiyədə müdafiə sənayesi son illərdə ciddi sürət qazanıb. Bu, bizim ən rəqabətli sahələrimizdən birinə çevrilib. Dünyada artıq müdafiə sənayesində izləyən deyil, izlənilən mövqeyə gəldiyimizi düşünürük”, - deyə Bülbül bildirib.

O, müdafiə sənayesindəki yenilikləri izlədiklərini və bunun ən mühüm nümunəsinin SZ texnologiyası olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   SZ  


Bizi "telegram"da izləyin