Cənubi Koreyanın F-4E “Phantom” parkı vida uçuşu həyata keçirib

2024/05/kore--1716010579.jpg
Oxunub: 156     14:06     18 May 2024    
Cənubi Koreya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 4 ədəd F-4E “Phantom” təyyarəsi Cənubi Koreya üzərində vida uçuşu ilə istismardan çıxarılıb.

Ordu.az xəbər verir ki, Cənubi Koreya ordusunun 153-cü Eskadrilyasının idarə etdiyi təyyarələr, 4 ədəd F-4E “Phantom” reaktivi üç saatlıq uçuş həyata keçirib və bu son uçuşdan sonra istismardan çıxarılıb.

F-4E-lərin rəsmi istismardan çıxma mərasiminin 2024-cü iyunun 7-də keçirilməsi planlaşdırılır. Qalan 19 ədəd “Phantom”un ilin sonuna qədər istismardan çıxması gözlənilir.

F-4 parkı Cənubi Koreya ordusunun ən vacib elementlərindən biri hesab olunurdu. Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatında bu parkın tarixi əhəmiyyəti də vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   F-4E   Phantom  


Bizi "telegram"da izləyin