ABŞ Nevada ştatındakı nüvə poliqonunda sınaqlar keçirib

2024/05/1716007890.jpg
Oxunub: 149     07:52     18 May 2024    
ABŞ-nin Nevada ştatındakı nüvə poliqonunda subkritik sınaq keçirilib.

Ordu.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) məlumat yayıb.

Departamentin qeyd etdiyi kimi, bu, Nimble təcrübələri seriyasında ilkdir.

“Eksperiment ABŞ-ın 1992-ci ildən bəri həyata keçirdiyi nüvə partlayıcı qurğuların sınaqlarına dair könüllü moratoriuma uyğun olaraq həyata keçirilib və heç bir özünü saxlayan superkritik zəncirvari reaksiya olmayıb”, - deyə məlumatda vurğulanır.

Departament qeyd edib ki, əldə edilən nəticələr modelləşdirmə imkanlarını təkmilləşdirmək üçün də istifadə oluna bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Nevada   Nüvə  


Bizi "telegram"da izləyin