KXDR yeni taktiki ballistik raketi sınaqdan keçirib

2024/05/1716007539.jpg
Oxunub: 167     06:48     18 May 2024    
KXDR yeni özünüidarəetmə naviqasiya sistemi ilə taktiki ballistik raketin eksperimental buraxılışını həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə "Koreyanın səsi" radiosu məlumat yayıb.

"KXDR-in Raket İstehsalı Baş İdarəsi Şərq dənizində yeni özünüidarəetmə naviqasiya sisteminin tətbiq olunduğu taktiki ballistik raketin eksperimental buraxılışını həyata keçirib", - məlumatda deyilir.

Qeyd olunur ki, KXDR lideri Kim Çen Inın iştirak etdiyi sınaqlar mayın 17-də baş tutub. Şimali Koreya hərbçiləri Vonsan şəhərinin ətrafından bir neçə qısa mənzilli raket buraxıblar. Raketlər təxminən 300 km uçub və Yaponiya dənizinə düşüb.

Bundan əvvəl “Yonhap” agentliyi Şimali Koreyanın Yapon dənizinə ballistik raket atdığını bildirib.

KXDR sonuncu dəfə aprelin 22-də Yapon dənizinə raket atıb. Bundan sonra NHK telekanalı Şimali Koreya raketinin Yaponiyanın iqtisadi zonasından kənarda düşdüyünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Raket  


Bizi "telegram"da izləyin