Keçmiş erməni direktor: “Anklavlar, o cümlədən Kərki, Qaragölün bir hissəsi, demək olar 15 faizi, Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək”

2024/05/1715936079.jpg
Oxunub: 12908     20:41     17 May 2024    
“Ermənistanla Azərbaycan arasında hüquqi əsası olan ən son xəritələr 1988-ci ildə olub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Arxivinin keçmiş direktoru, erməni tarix elmləri doktoru Amatuni Virabyan deyib.

Virabyan qeyd edib ki, 1976-cı ilin xəritələrinin demarkasiya üçün əsas kimi niyə istifadə olunduğunu deyə bilməz, suala cavab verməli olan şəxs o deyil.

“Son xəritələr Vladimir Movsisyan və Azərbaycanın imzaladığı 1988-ci il xəritəsidir. 1976-cı il xəritələri Baş Qərargahın xəritələridir. Həmin xəritələrlə demarkasiya nəticəsində anklavlar, o cümlədən Kərki, Zəngəzurdakı Qaragölün bir hissəsi, demək olar 15 faizi, Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək. Amma ola bilsin ki, başqa şeydə razılaşıblar, deyə bilmərəm”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Zəngəzur  


Bizi "telegram"da izləyin