İtaliya 24 ədəd “Eurofighter Typhoon” çoxməqsədli döyüş təyyarəsi almağı planlaşdırır

2024/05/2024--1715933532.jpg
Oxunub: 243     19:03     18 May 2024    
İtaliya 24 ədəd “Eurofighter Typhoon” çoxməqsədli döyüş təyyarəsi almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu yeni satınalma proqramının gələn yaya qədər İtaliya hökumətinə təqdim olunması gözlənilir.

“BAE Systems” sözçüsü İtaliya Hərbi Hava Qüvvələrinin (HHQ) “Eurofighter Typhoon” parkını genişləndirmək potensialı ilə bağlı əvvəlki fərziyyələri təsdiqləyib.

İtaliya parkına daha 24 ədəd “Typhoon” çoxməqsədli döyüş təyyarəsi əlavə etməyi düşünür. Ancaq yayda keçirilməsi planlaşdırılan rəsmi parlament prosesindən əvvəl konkret detallar hələ ortaya çıxmayıb.

Həm İtaliya HHQ, həm də “Leonardo Aircraft” təsdiqləməkdən və ya əlavə məlumat verməkdən imtina ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Eurofighter-Typhoon  


Bizi "telegram"da izləyin