Türkiyə Silahlı Qüvvələrinin inventarına yeni tədarüklər həyata keçirilib

2024/05/2024--1715931420.jpg
Oxunub: 495     12:20     17 May 2024    
Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən “Pençe-Kilit” əməliyyatında indiyədək 931 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Ordu.az-ın xəbərinə görə, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında bildirib ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı mübarizəni sahənin tələblərinə uyğun olaraq, qeyri-adi və gözlənilməz səviyyədə artan təsir və şiddətli təzyiqlərlə davam etdirir.

Aktürk bu çərçivədə yanvarın 1-dən etibarən 47-si son bir həftədə olmaqla, 1000 terrorçunun zərərsizləşdirildiyini bildirib.

O, Türkiyə Silahlı Qüvvələrinin effektivliyini və çəkindriciliyini artırmaq üçün fəaliyyətlərin yerli, milli və müdafiə sənayesi məhsulları ilə davam etdiyini bildirib.

Bu çərçivədə Aktürk ROKETSAN tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilən və kütləvi istehsalına başlanılan “Akya” Ağır Sinfə Məxsus Döyüş Torpedosunun sualtı qayıqlara çatdırılmasına mayın 7-də başlandığını deyib.

“Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif miqdarda “Əsas Təlim Helikopteri”nin və modernləşdirilmiş “M60 T Tankı”nın yoxlanılması və qəbulu işləri tamamlanıb”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SQ   İnventar  


Bizi "telegram"da izləyin