Dünyada İlk və Yeganə: İHA-230 “Hava-Yer” Tipli Ballistik Supersəs Raketi (FOTOLAR+VİDEO)

2024/05/2024--6862672212.jpg
Oxunub: 439     12:25     23 May 2024    
İHA-230 ROKETSAN tərəfindən inkişaf etdirilən və gecə-gündüz əməliyyatları üçün nəzərdə tutulmuş “Hava-Yer” Tipli Ballistik Supersəs Raketidir.

O, TRG-230 raketinin dinamikası əsasında hazırlanıb. Sabit quru və dəniz hədəfləri, Hava Hücumundan Müdafiə (HHM) radarı və rabitə sistemləri, yüngül zirehli quru və ya dəniz platformaları, komanda mərkəzləri və “fürsət” hədəfləri kimi müxtəlif hədəflərə qarşı təsirli qüvvə yaradır.


Raketin əməliyyat istifadə sahəsi raketin buraxıldığı sürətdən və hündürlükdən asılı olaraq dəyişməklə birlikdə 150+ km-dir. İHA-230 qəlpəli döyüş başlığına malikdir və müxtəlif hədəf növlərinə qarşı döyüş başlığı variantları mövcuddur. Sistem Pilotsuz Uçuş Aparatından (PUA) çıxmazdan əvvəl atışa hazırlıq əməliyyatlarını yerinə yetirərək, missiyaya hazırlaşır.

PUA-dan buraxıldıqdan sonra müəyyən müddət ərzində havada sərbəst düşür və bərk yanacaq mühərrikini avtonom şəkildə alovlandıraraq, supersəs sürətlərində hədəfə doğru hərəkət edir. “Hava-yer” tipli ballistik supersəs raketi olan İHA-230 səs sürətindən xeyli yüksək sürətə malikdir. Bu, çox qısa müddətdə hədəflərə çatmaq və onları məhv etmək imkanı verir.


İHA-230 əks tədbirlərə qarşı GNSS ilə dəstəklənən ətalətli idarəetmə qabiliyyəti ilə hədəfə dəqiq şəkildə istiqamətlənə bilir. İHA-230-un dəqiqliyi onun hədəfləri vurma qabiliyyətini artırır. Sistem “atdım-unutdum” funksiyası ilə işləyir və düşmən mövqelərinə dərindən daxil olmadan kritik tapşırıqlarda istifadə imkanı təqdim edir.

Texniki xüsusiyyətlərini nəzərə alsaq, İHA-230-un əməliyyat mənzili 150+ km (hündürlük və sürətə görə dəyişir), döyüş başlığı isə 42 kq qəlpəli, zirehdəlici və termobarik variantlarla təchiz edilib. Raketin çəkisi 225 kq, uzunluğu 3,4 metrdir.


İHA-230 “Akıncı”, “Aksungur” kimi PUA-lara və “Kızılelma” kimi hava platformalarına inteqrasiya oluna bilir. O, həmçinin inventarda olan silahlı quru platformaları, insansız quru platformaları, MİLGEM sinfinə məxsus gəmilər və Silahlı İnsansız Dəniz Platformaları (SİDP) kimi dəniz platformalarına inteqrasiya oluna bilər. İHA-230-un texniki xüsusiyyətləri və imkanları daim təkmilləşdirilir və strateji əhəmiyyətli raket sistemidir.


Texniki Xüsusiyyətlər

Əməliyyat Mənzili: 150+ km (*hündürlükdən və sürətdən asılı olaraq dəyişir)
Döyüş Başlığı: 42 kq Qəlpəli, Zirehdəlici və Termobarik Seçimlər
Çəki: 225 kq
Hündürlük: 3.4m
Hədəf Dəsti: Mobil və Sabit Düşmən Hava Hücumundan Müdafiə Elementləri, Radar və ya Rabitə Elementləri, Komanda Mərkəzləri, Yüngül Zirehli Quru Platformaları və Digər Hədəflər
İstifadə Edilə Biləcək Hava Platformaları: “Akıncı”, “Aksungur” və s. kimi PUA-lar, “Kızılelma”
İstifadə Oluna Biləcək Quru Platformaları: İnventardakı Silahlı Quru Platformaları, İnsansız Quru Platformaları
İstifadə Oluna Biləcək Dəniz Platformaları: MİLGEM sinfinə məxsus gəmilər, SİDP-lər

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İHA-230   ROKETSAN  


Bizi "telegram"da izləyin