Xankəndi, Şuşa, Zəngilan, Laçın və Xocavənddə hərbi qulluqçularla görüşlər keçirilib - FOTOLAR

2024/05/79d34-1715445086.jpg
Oxunub: 166     14:04     18 May 2024    
Müdafiə Nazirliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, hərbi hissə və birləşmələrdə şəxsi heyətin vətənpərvəlik ruhunun yüksəldilməsi və milli-mənəvi dəyərlərin təbliği üçün məqsədyönlü fəaliyyət uğurla davam etdirilir. Bu məqsədlə mədəni-kütləvi tədbirlər, əlamətdar, tarixi bayram günləri, incəsənət, elm xadimləri ilə keçirilən görüşlər ənənə halını almışdır. Belə tədbirlər böyük ruh yüksəkliyi və maraqla qarşılanır.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin fəaliyyəti də vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə və milli-mənəvi dəyərlərimizin təbliğinə, qədim tariximizin əhatəli öyrənilməsinə xidmət edir. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdə asudə vaxtın səmərəli təşkili üçün geniş fəaliyyət göstərilir. Mərkəzin təşəbbüsü ilə Xankəndidə, Şuşada, Zəngilanda, Laçında, Xocavənddə Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin şöbəsi müdiri Möhübbət Rəsulovun iştirakı ilə görüşlər keçirilmişdir. Görüşlərdə qədim, zəngin tarixə malik xalqımızın dünyanın ən qədim xalqlarından olduğu qürurla bildirildi, Vətənimizin möhtəşəmliyindən, zənginliyindən, qədim dövlətçilik tarixindən ətraflı məlumatlar verildi, Azərbaycan xalqının dünya mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına dəyərli töhfələr verdiyi diqqətə çatdırdı. Çıxış edənlər xalqımızın azadlıq uğrunda mübarizə əzminin həmişə yüksək olduğunu vurğuladılar.

XX yüzillikdə ölkəmizin yenidən müstəqilliyə qovuşmasını dövlətçilik tariximizdə əsaslı dönüş olduğunu qeyd edən dosent Boran Əzizli bildirdi: "1918-ci ildə Şərqdə ilk demokratik respublika olan dövlətimizin elan olunması böyük tarixi hadisə idi. Qısa müddətdə müstəqil dövlətin atributları, müxtəlif təsisatları və dövlət qurumları yaradıldı. İlk növbədə Vətənin müdafiəsi üçün ordu quruculuğuna start verildi. Qısa müddətdə ordu yaradıldı. 23 ay fəaliyyət göstərən Azərbaycan Demokratik Respublikası dünya dövlətləri tərəfindən tanındı. Ancaq bolşeviklərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan yenidən ilhaqa məruz qaldı SSRİ-nin tərkibinə daxil edildi və müstəqilliyə son qoyuldu. Bütün məhrumiyyətlərə baxmayaraq Azərbaycan xalqı öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizədən uzaq düşmədi. 70 il yaşayan sovet imperiyası çökməyə başladı. Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ilin oktyabrında bərpa edildi, özünü Azərbaycan Demokratik Cümhuriyyətinin varisi elan etdi.


Müstəqilliyin ilk illəri Vətənimiz, xalqımız, dövlətimiz üçün asan olmadı. Çox ciddi təxribatlarla ölkəmizi haqq yolundan döndərməyə çalışan qüvvələr müstəqilliyimiz üçün təhlükələr yaratdılar. Ermənistan silahlı birləşmələri əzəli və əbədi torpaqlarımız olan Qarabağda, sərhəd bölgələrində təxribatlar törətməyə başladı. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşdülər. Ölkəmizə qarşı elan olunmamış müharibə daha da genişləndi. Ermənistan ordu hissələri xalqımıza qarşı qətliamlar törətdilər, şəhər və kəndlərimizi işğal etdilər. Ölkəmiz, dövlətimiz və müstəqilliyimiz üçün böhranlı vəziyyət yarandı.

1993-cü ildə xalqın təkidli tələbi ilə xalqımızın, ölkəmizin, müstəqilliyimizin xilaskarı, müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında tarixi dönüş oldu. Qısa müddətdə siyasi sabitlik yaradıldı. Ordu quruculuğuna Ulu Öndər tərəfindən böyük diqqət yetirildi. İqtisadi-siyasi, hərbi sahələrdə islahatlar geniş vüsət aldı. Yeni quruculuq strategiyaları əsasında bütün sahələrdə tərəqqiyə, yüksəlişə nail olundu".

Azərbaycan xalqının Ümummilli Liderinin ordu quruculuğuna verdiyi töhvələrdən danışan Möhübbət Rəsulov onun ordu quruculuğuna göstərdiyi diqqət və qayğısının 1994-cü ildə Füzuli istiqamətində keçirilən əməliyyat zamanı bəhrəsini verdiyini dedi: "Kənd və qəsəbələrimiz azad edildi. 1994-cü il mayın 12-də atəşkəs müqaviləsi imzalandı. Bundan sonra ölkəmizdə daha geniş iqtisadi layihələr həyata keçirilməyə başlandı. Dünya dövlətləri ilə yeni neft kontraktı - "Əsrin müqaviləsi" bağlandı. Bununla da ölkəmiz iqtisadi qüdrətinin artırılmasına nail oldu. Tarixi şəxsiyyətin təşəbbüsü ilə tarixi "İpək yolu" bərpa edildi. Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi də Ulu Öndərin əvəzsiz xidmətlərindən biri kimi qiymətləndirilir. O, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, təşkilatlarda qətiyyətlə bildirirdi və bunu tarixi faktlarla sübut edirdi. Həmişə çalışırdı ki, xalqın, dövlətin böyük problemi olan Qarabağ gələcək nəsillərə qalmasın.


Xalqına, Vətəninə misilsiz xidmətlər göstərmiş, müasir Azərbaycan dövlətinin və ordusunun qurucusu, memarı olan böyük tarixi şəxsiyyət dünya siyasətçilərinin nəhəng simalarından idi.

Bu böyük dühanın siyasi kursu onun layiqli varisi müdrik dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən xalqımızın dəstəyi ilə uğurla davam etdirilir.

2003-cü ildə xalqın yüksək dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev keçən müddət ərzində xalqın ona göstərdiyi böyük etimadı doğrultdu, Azərbaycan Ordusu müasir dövrün tələbləri səviyyəsində daha da möhkəmləndirildi, ən müasir silah və texnika ilə təchiz olundu. Ordumuz regionun ən güclü, qüdrətli ordusuna çevrildi. Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu gün Azərbaycan Ordusu Vətənimizi, torpaqlarımızı daha böyük Vətən sevgisi və fədakarlıqla qoruyur".

Sonra hərbi qulluqçuları maraqlandıran suallara ətraflı cavablar verildi. "Əsgərə məktub" layihəsi çərçivəsində müxtəlif bölgələrdən əsgərlərə ünvanlanan məktublar Vətən müdafiəçilərində xoş ovqat yaratdı.


Mübariz Musayev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin