Rusiya ordusu zirehli vasitələrin yeni partiyasını təhvil alıb

2024/05/2024--1715240222.jpg
Oxunub: 568     17:01     09 May 2024    
Rusiyanın dövlət tərəfindən dəstəklənən müdafiə sənayesi şirkəti “Rostec” Rusiya Müdafiə Nazirliyinə yeni bir qrup döyüş vasitəsi təhvil verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, tədarüklərə “Nakidka” kamuflyaj sistemləri də daxil olmaqla, əlavə mühafizə dəstləri ilə təchiz edilmiş BMP-3 piyada döyüş maşınları, eləcə də BMD-4M piyada döyüş maşınları daxildir.

“Rostec”in mətbuat xidmətinin verdiyi məlumata görə, bu döyüş maşınlarının qoşunlara çatdırılması planlaşdırılan vaxtdan əvvəl həyata keçirilib.

Şirkət həmçinin bildirib ki, ekspertlər Ukraynadakı döyüş təcrübəsini təhlil ediblər və BMP-3 maşınlarını inkişaf etdiriblər.

BMP-3 vasitələrinin yeni partiyasına standart əlavə mühafizə dəstləri, yuxarı yarımkürə mühafizə dəstləri və görünmə qabiliyyətini azaltmaq üçün dəstlər əlavə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ordu  


Bizi "telegram"da izləyin