HENSOLDT UK Britaniya HDQ-nin dəstək gəmilərini təchiz edəcək

2024/05/2024--1715157700.jpg
Oxunub: 143     18:56     23 May 2024    
Sensor həlləri təklif edən HENSOLDT UK şirkəti Böyük Britaniyanın üç yeni Donanma Dəstək gəmisinə əsas sistemləri təmin etmək üçün “Navantia UK” tərəfindən seçilib.

Ordu.az xəbər verir ki, yeni gəmilərdə “Quadome Naval” 3D Hava və Səth Müşahidə Radarı, Hava Hərəkətinin İdarə Edilməsi (Air Traffic Management-ATM) sistemləri və “Kelvin Hughes” İnteqrasiya Edilmiş Naviqasiya Körpüsü Sistemləri (INBS-Integretaed Navigation Bridge Systems) olacaq.

Bu dəstək gəmiləri Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Queen Elizabeth” sinfinə məxsus aviadaşıyıcı gəmilərin doldurulma əməliyyatlarının dəstəklənməsində əsas rol oynayacaq.

HENSOLDT AESA texnologiyasına malik və uzun istismar müddəti olan yeni nəsil “Quadome” 3D Hava və Səth Müşahidə radarını təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HENSOLDT   UK   Britaniya   HDQ  


Bizi "telegram"da izləyin