Ərdoğan: "Türkiyə ilə İsrail arasında artıq sıx ticarət əlaqələri mövcud deyil"

2024/04/66290-1713966767.jpg
Oxunub: 173     17:44     24 Aprel 2024    
“Türkiyə ilə İsrail arasında artıq sıx ticarət əlaqələri mövcud deyil”.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, İsrailin Qəzzaya hücumları nəticəsində ölən insanların sayı 40 minə çatıb və “bunu görməmək mümkün deyil”. Ərdoğanın sözlərinə görə, buna rəğmən Qərb ölkələri İsrailə dəstək verir.

Türkiyə Prezidenti onu da əlavə edib ki, Ankara əsir mübadiləsi mövzusunda səylərini davam etdirir və yaxın zamanda nəticənin əldə ediləcəyinə ümid edir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer isə Qəzzadaki müharibənin bölgəyə yayılmasının qarşısının alınmalı olduğunu deyib.

“Fələstinlilər üçün siyasi perspektiv olmadan orta və uzunmüddətli perspektivdə İsrail üçün təhlükəsizlik təmin edilə bilməz. Ona görə də yeganə həll yolu iki dövlətli həll ola bilər”, o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İsrail  


Bizi "telegram"da izləyin