Devid Kemeron qazaxıstanlı həmkarı ilə görüşüb

2024/04/66290-1713966143.jpg
Oxunub: 132     17:25     24 Aprel 2024    
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər arasında təkbətək görüşlə yanaşı, geniştərkibli görüş də keçiriləcək və həmçinin ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Xatırladaq ki, Devid Kemeron Mərkəzi Asiya regionuna səfəri çərçivəsində Qazaxıstandadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kemeron   Britaniya   Qazaxıstan  


Bizi "telegram"da izləyin