İsrailin müdafiə naziri: "Hizbullah" komandirlərinin yarısı öldürülüb"

2024/03/1711517295.jpg
Oxunub: 157     17:08     24 Aprel 2024    
İsrailin müdafiə naziri Yoav Qallant "Hizbullah" komandirlərinin yarısının öldürüldüyünü bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb.

Nazir qeyd edib ki, komandirlərin sağ qalanları isə gizləniblər.

Onun sözlərinə görə, İsrailin şimaldakı əsas məqsədi "Hizbullah"ın gündəlik hücumları fonunda onminlərlə köçkün israillini öz evlərinə qaytarmaqdır: “Biz bunun üçün bir sıra alternativlərdən istifadə edirik. Qarşıdakı dövr bu baxımdan həlledici olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin