Kobaxidze Viktor Orbanla görüşəcək

2024/04/6628f-1713963186.jpg
Oxunub: 156     16:23     24 Aprel 2024    
Gürcüstan Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.

Ordu.az xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.

Bildirilib ki, İrakli Kobaxidze Budapeştə səfəri zamanı macarıstanlı həmkarı Viktor Orbanla görüşəcək. Gürcüstanın hökumət başçısının həmçinin aprelin 25-də keçiriləcək “Mühafizəkar Siyasi Fəaliyyət” konfransında iştirak edəcəyi, konfransın açılış sessiyasında çıxış edəcəyi qeyd olunub.

Baş naziri səfərində xarici işlər naziri İliya Darçiaşvili, həmçinin hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Orban  


Bizi "telegram"da izləyin