Türkiyə hərbi gəmisi Yaponiya və digər yaxın ölkələrə təxminən beş aylıq səfərə çıxıb

2024/04/2024--1713949800.jpg
Oxunub: 180     17:20     24 Aprel 2024    
Türkiyə hərbi gəmisi aprelin 8-də Yaponiya və digər yaxın ölkələrə təxminən beş aylıq səfərə çıxıb.

Ordu.az xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) “Ada” sinfinə məxsus korvet TCG “Kınalıada”nı həm Türkiyə ilə Yaponiya arasındakı diplomatik əlaqələrin 100-cü ildönümünü qeyd etmək, həm də Yaponiya səfərindən sonra Osmanlı freqatı “Ertuğrul”un tayfun zamanı batmasının 134-cü ildönümünü anmaq üçün tapşırıq alıb.

Bununla belə, “Defence News”a danışan ekspertlərin fikrincə, gəminin şərqə doğru səyahətinin arxasında daha dərin bir mesaj var və bu mesaj Türkiyənin müdafiə sənayesinin Asiyada daha geniş yer tutmasına şərait yarada bilər.

“Kınalıada”nın ziyarət edəcəyi ölkələrdən bəziləri Türkiyənin müdafiə məhsullarından istifadə edənlərdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hərbi-gəmi   Yaponiya  


Bizi "telegram"da izləyin