Cənubi Koreyanın Ankaradakı yeni səfiri: “İki ölkə arasında yeni müdafiə əməkdaşlıq imkanları mümkün ola bilər”

2024/04/2024--1713949104.jpg
Oxunub: 170     15:19     24 Aprel 2024    
Cənubi Koreyanın Ankaradakı yeni səfiri Çon Yondu Türkiyədə vəzifəsinə başladıqdan sonra açıqlama verib.

Ordu.az xəbər verir ki, səfir ölkəsi ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa toxunub.

“Düşünürəm ki, Türkiyə pilotsuz uçuş aparatları, insansız dəniz platformaları, ən müasir döyüş təyyarələri kimi müdafiə inkişaf etdirmə sahəsində əhəmiyyətli uğurlar əldə etdiyi üçün gələcəkdə iki ölkə arasında yeni müdafiə əməkdaşlıq imkanları mümkün ola bilər”, - deyə Yondu qeyd edib.

O, Türkiyənin Koreya müharibəsinə böyük bir qüvvə göndərərək, ölkəsinə kömək etdiyini və Türkiyə ilə Cənubi Koreyanın birlikdə vuruşmuş qardaş ölkələr olduqlarını xatırladıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Ankara  


Bizi "telegram"da izləyin