“Delta V” kosmik uçuş sınağı həyata keçirib

2024/04/resim-1713947941.jpg
Oxunub: 180     17:35     24 Aprel 2024    
2017-ci ildə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) törəmə şirkəti olaraq qurulan “Delta V” şirkəti hibrid yanacaq mühərrikləri üzərində işləyir.

Ordu.az xəbər verir ki, 22 aprel gecəsi şirkətin rəsmi sosial media hesabında edilən paylaşımda zond raketinin kosmik uçuş sınağının görüntüləri yer alıb.

Videoda doldurma fəaliyyətləri, idarəetmə əmri və buraxılış qurğusundan ayrılma görüntüləri yer alsa da, sınağın keçirildiyi hündürlük və sınaqdan keçirilən sistemlər haqqında heç bir paylaşım yoxdur.

İlk buraxılışı 2020-ci ilin son rübündə həyata keçirilən SORS ilə 100 km-ə çatmaq hədəfi var. Keçmişdə paylaşılan buraxılışlardan fərqli olaraq, bu buraxılışda SORS üzərində TUA loqosu var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   Delta-V  


Bizi "telegram"da izləyin