Böyük Britaniya müdafiə xərclərini artırır

2024/04/1713947722.jpg
Oxunub: 190     16:41     24 Aprel 2024    
Britaniya növbəti altı il ərzində müdafiə xərclərinə 75 milyard funt-sterlinq (93 milyard dollar) daha çox xərcləyərək, 2030-cu ildə 87 milyard funt-sterlinq (108 milyard dollar) müdafiə büdcəsinə çatmaq istəyir.

Ordu.az-ın xəbərinə görə, Böyük Britaniyanın Baş naziri Rişi Sunak Polşanın paytaxtı Varşavaya səfəri zamanı bildirib ki, Böyük Britaniya 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 2,5 faizinə çatdıracaq.

Bu plan Böyük Britaniyanı NATO daxilində müdafiə xərclərinə görə ABŞ-dən sonra ikinci sıraya yerləşdirəcək.

NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı keçirən Sunak müdafiə xərcləri planı ilə bağlı bildirib ki, bu gün Böyük Britaniyanın müdafiəsində dönüş nöqtəsidir.

Dünyanın Soyuq müharibə bitdikdən sonra ən təhlükəli vəziyyətə düşdüyünü vurğulayan Sunak dövlət əsaslı təhdidlərin sürəti və intensivliyinin əhəmiyyətli dərəcədə dəyişdiyi üçün xərclərin artırılmasının zəruri olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   NATO  


Bizi "telegram"da izləyin